2019-cu ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36861,6 milyon manat təşkil edib.
Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin hər nəfərinə orta hesabla 3727,8 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.