Bu ölkədə prezident seçkiləri keçirilir
15 sentyabr 2019 12:29 (UTC +04:00)

Bu ölkədə prezident seçkiləri keçirilir

Bu gün Tunisdə prezident seçkiləri keçirilir.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da səsvermə başlayıb, saat 18.00-da başa çatacaq.
 
Ölkədə 7 milyon səsvermə hüququna malik seçicinin səs verməsi üçün 30 min seçki məntəqəsi təşkil edilib. Dünən isə  xaricdə yaşayan 400 min tunislinin səsverməsi başlayıb və xarici ölkələrdə yaradılan məntəqələrdə səsvermə 3 gün davam edəcək.
 
Qeydiyyatdan keçmiş 26 namizəddən 24-ü prezident postu uğrunda mübarizə aparır. Namizədlərdən ikisi müdafiə naziri Abdel Kərim az-Zbeydinin xeyrinə namizədliyini geri götürüb. Prezident postu uğrunda əsas mübarizənin iki namizəd – mediamaqnat Nabil Karui və islamçı Əbdülfəttah Muru arasında gedəcəyi proqnozlaşdırılır.
 
Seçkilərin birinci turunun nəticələrinin sentyabrın 17-də açıqlanması nəzərdə tutulub. Namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, seçkilərin ikinci turu oktyabrın 13-də keçiriləcək.
 
Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkiləri son 5 ildə ölkəyə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsinin vəfatından sonra təyin edilib.
# 707
avatar

Oxşar yazılar