Səbaildə mənzildən kişi meyiti aşkarlanıb
15 sentyabr 2019 03:06 (UTC +04:00)

Səbaildə mənzildən kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Oleq Ladimireviç Aleksandrovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 475
avatar

Oxşar yazılar