Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb
12 sentyabr 2019 12:02 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən Lent.az-a daxil olan məlumata görə,  müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar