
Təzə bina ayrılan İlahiyyat İnstitutunda hansı yeniliklər olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan İlahiyyat İnstitutu üçün bina ayrılıb və 4 mərtəbəli olan binada hazırda təmir işləri gedir.
Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq İlahiyyat İnstitutunun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 477s saylı 6 iyul 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutuna yeni bina ayrılıb:
“Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən bu tədris korpusunda hazırda təmir və yenidənqurma işləri aparılır. Dörd mərtəbədən ibarət olan binaya bir mərtəbənin də əlavə olunması nəzərdə tutulub. Bina 2020-2021-ci tədris ilində təhvil veriləcək.
Ali təhsil müəssisəsinin yeni korpusu bütün zəruri avadanlıqlarla, müasir texnologiyalarla tam təmin olunacaq. Təmir işləri yekunlaşdıqdan sonra isə İnstitut yeni ünvana köçəcək”.
Məlumatda bildirilib ki, ödənişsiz əsaslarla tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub. Tələbələrə yüksək biliklərin verilməsi, onların fərdi bacarıqlarının artırılması üçün İnstitutda bütün zəruri şərait yaradılıb.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Respublika Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il Sərəncamı ilə yaradılıb. Sərəncamda göstərilən müddəalardan biri də ali təhsil müəssisəsinin bina ilə təmin olunmasıdır.
Oxşar yazılar

Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək
9 iyul 2025 , 11:44
Bu BÜRCLƏRİN həyatında yaxın günlərdə möcüzələr baş verəcək
9 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
9 iyul 2025 , 08:18