314
10:14
10 Sentyabr 2019

DİQQƏT: Bu ərazidə qaz kəsiləcək

Bu gün saat 12:00-dan “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Lent.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.