3673
17:17
09 Sentyabr 2019

Şou-biznes əhli Aşura günü nə edəcək? - SORĞU

Sabah Azərbaycanda Məhərrəm ayının 10-cu günü – Aşura qeyd olunacaq. Bununla bağlı müxtəlif ayinlər icra olunur.

Lent.az şou-biznesin bir çox tanınmış simalarına “Aşurada nə edəcəksiniz” sualını ünvanlayıb.

Əməkdar artist Zaur Əmiraslanov: “Həmin günü böyük ehtiramla qarşılayıram. Aşura günü qan verməyi düzgün sayıram. Ümumiyyətlə, islamımızı quran insanlara hər zaman ehtiram göstərək”.

Müğənni Elçin Hüseynov: “Artıq 30 ildən yuxarıdır ki, hər il Aşura günü Cəlilabad rayonuna gedirik, orada ehsan veririk. Bundan başqa, bir neçə ziyarətgahlara da baş çəkirik. Allah hər kəsin xoş dualarını qəbul etsin”.

Bəstəkar-müğənni Murad Arif: "Din hər kəsin şəxsi, olduqca özəl məsələsi olduğu üçün və insanların inanclarına hörmət etdiyim üçün, bu sualı cavabsız buraxıram."

Müğənni “Elit-star” Cəmilə İsgəndərova: “Bu gecədən başlayıb dualar edəcəm. Aşurada ocaqlar gəzirəm, nəzirlər verirəm. Biz bir müsəlman kimi bunu mütləq etməliyik. Allaha qurban olum, Allaha xoş olacaq əməllər etməliyik. Allah deyir ki, sən məni tanı, mən də səni tanıyım. Hər yeməyə oturanda və duranda dua edirəm. Gündə 3 dəfə də Ayətəl-kürsüsünü deyirəm”.

Tarzən-müğənni Humay Qədimova: “Çox istərdim aşura günü Kərbəlada İmam Hüseynin (ə) məzarı üzərindəki məscidə getmək qismət olsun mənə. Amma həmin gün evimdə dua etmək , aşura şəhidlərinin müsibətini yada salmaq xüsusi ilə də Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarımın bağışlanması üçün Allaha yalvaracam”.

Müğənni Tuncay Bərdəli: “Əslində belə şeyləri açıqlamağı sevmirəm. Çünki bəzən yaxşılıq üçün atdığın addımları çoxları reklam kimi dəyərləndirir. Komandamla birgə qurbanlıqda bir qrup imkansız ailələrə ət payladıq. Hətta video çəkib paylaşdım ki, ehtiyacı olan varsa, gəlib götürsün. Bunu reklam kimi qələmə verənlər çox oldu. Amma qəlbləri bilən Allahdır. Yaxşılıq etmək üçün xüsusi bir günü gözləyən insan deyiləm. Bacardığım qədər kömək edirəm. Sabah da bunu edəcəyəm”.

Müğənni Dilarə Kazımova: “Hər kəsin dini inancları fərqlidir. Və düşünürəm ki, bu şəxsə özəl olmalıdır. Bu mövzuda hər hansısa açıqlamanı verməyi doğru hesab etmirəm”.