13:36
07 Sentyabr 2019

Ronaldo ilə bağlı daha bir ŞAD XƏBƏR

İtaliya A seriyasının ən sürətli futbolçularının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo cədvəldə ikinci yeri tutub.

Mövsümün arxada qalan hissəsində onun maksimal sürəti 34,62 km/s olub. K.Ronaldo bu göstərici ilə A seriyasının ən sürətli hücumçusudur.

Lakin bütün futbolçuların siyahısında forvard Kostas Manolasdan geri qalır. “Napoli”nin müdafiəçisi 35,41 km/s sürəti nümayiş etdirib.

K.Ronaldonun ən yaxşı izləyiciləri “Torino”nun hücumçusu Simone Dzadza (34,56), “Roma”nın müdafiəçisi Canluka Mançini (34,46) və “Atalanta”nın arxa xətt oyunçusu Berat Cimsitidir (34,26).

Qeyd edək ki, K.Ronaldo Lionel Messi və Vircil van Diyklə birlikdə FİFA-nın ən yaxşı futbolçu mükafatına namizəddir.

Dİgər xəbərlər