
Kitablarımız Moskvada Beynəlxalq müsabiqədə mükafatlandırıldı - FOTO
Azərbaycan kitabları MDB ölkələri “Kitab incəsənəti” 26-cı Beynəlxalq müsabiqəsinin qalibi olub.
APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya paytxatında keçirilən 32-cı Beynəlxalq Moskva Kitab Yarmarkası çərçivəsində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin, yarmarkada təmsil olunan Azərbaycan Nəşriyyat evlərinin və kitab mərkəzlərinin nümayəndələri iştirak ediblər.
MDB-nin 7 ölkəsinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirak etdiyi müsabiqə Azərbaycan kitabları üçün uğurlu olub.
Belə ki, “Şərq-Qərb” Nəşriyyatında çap olunan Nizami Gəncəvinin “Xosrov və Şirin poeması” kitabı beynəlxalq müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda iştirak edən daha 11 kitabımız mükafat və diplomlara layiq görülüblər.
Bundan başqa MDB ölkələri arasında ən yaxşı kitab ticarəti mərkəzi nominasiyasının qalibi açıqlanıb. Bakı Kitab Mərkəzi bu nominasiyanın qalibi olub. Mükafat Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızına təqdim olunub.
Qeyd edək ki, 32-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 8-dək davam edəcək.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55