
Kakaolu, qozlu tort - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Sona metbexi” adı ilə məşhur olan səhifəyə istinadla asan hazırlanan kakaolu, qozlu tort resepti ilə tanış edəcəyik.
Tərkibi:
3 ədəd yumurta, 1.5 st şəkər tozu, 0.5 ç.q vanilin, 0.5 armudu st duru yağ (6x.q), 0.5 st süd, 2 st un ( st ölçüsü 200ml), 1 paket qabartma tozu, 2x.q kakao
Krem üçün, 250 qr kərə yağı 1 banka qatılaşmış süd, qoz ləpəsi 70 qr
Hazırlanma qaydası:
Xəmiri hazırlayacağımız qaba yumurtaları və şəkər tozunu əlavə edib mikserlə çalırıq. Bir az çalıb içinə vanili, duru yağı və südü töküb qarışdırırıq. Sonra ələk götürürük içərisinə unu qabartma tozunu və kakaonu əlavə edib mikserlə qarışıma əlavə edirik. Unu qarışıma 2-3 dəfəyə qarışdıra-qarışdıra qatırıq. Xəmiri hazır etdikdən sonra tortu bişirəcəyimiz qaba yapışmayan yağlı kağız qoyub üzərinə xəmiri əlavə edirik. Daha sonra xəmiri listin hər yanına eyni qayda ilə yayıb qoyuruq sobaya. Tort bişənə kimi kremi hazırlayırıq.
Krem üçün ilk öncə yağı ağarana qədər çalırıq. Sonra qatılaşdırılmış südü əlavə edirik və krem halına salıb, bişmiş tortun üzərinə çəkirik. Daha sonra üzərini qozla bəzəyib servs edirik.
Nuş olsun!
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04