161
11:35
04 Sentyabr 2019

Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sentyabrın 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirməsi nəzərdə tutulub.

Lent.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənverilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.