
Avtovağzaldan daşınan sərnişinlərin sayı - son 3 ayda 1 milyon
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərə avtobus reysləri mövcuddur".
Bu barədə Lent.az-a BBAK-ın mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq, hər iki istiqamətdə sərnişin sayında artım müşahidə olunub:
"Belə ki, qeyd olunan 3 ay ərzində ümumilikdə 38 089 reyslə 1 014 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 916 sərnişin beynəlxalq reyslərlə səfər edib. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib.
Məlumat üçün qeyd edim ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək".
Xatırladaq ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Oxşar yazılar

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33