190
04:34
03 Sentyabr 2019

Kolumbiyada Suarez şəhərinin merliyinə namizəd öldürülüb


Kolumbiyanın Suarez şəhərinin merliyinə namizəd (ölkənin qərbindəki Kauka departamenti) Karina Qarsia silahlı hücum nəticəsində öldürülüb.

APA “TASS”a istinadən xəbər verir ki, bu barədə NTN24 telekanalı məlumat yayıb.

Hadisə zamanı namizədin anası da daxil olmaqla, siyasətçini müşayiət edən daha 5 nəfər dünyasını dəyişib. Öldürülənlərin altı nəfərinin cəsədi Qarsianın yanmış avtomobilində tapılıb.

Kolumbiya hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar istintaq başladıb. İlkin məlumatlara görə, siyasətçiyə iki silahlı şəxs tərəfindən hücum edilib.

Məlumata görə, daha əvvəl Qarsia siyasi fəaliyyəti ilə əlaqədar təhdid olunub. Naməlum şəxslər onun küçələrdən təbliğat afişalarının çıxarılmasını tələb ediblər.