
Müəllimlərə ŞAD XƏBƏR: müsahibə başladı
Bu gün müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.
Oxşar yazılar

Bu il Yer üzündə tarixin ən qısa günü ola bilər
5 iyul 2025 , 09:50
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı - FOTOLENT
5 iyul 2025 , 09:19
Pul əlinizə özü gələcək: İyulda varlanacaq BÜRCLƏR
5 iyul 2025 , 09:09
5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20