
ABŞ Rusiya və Türkiyəni məlumatlandırmadan İdlibə aviazərbə endirib
ABŞ Suriyanın İdlib vilayətinin Maaret-Misrin və Kafər-Xayya yaşayış məntəqələrinə aviazərbə endirərkən bütün razılaşmaları pozub, Rusiya və Türkiyəni məlumatlandırmayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Rusiya Müdafiə Nazirliyi nəzərə çatdırır ki, Rusiya və Türkiyənin təşəbbüsü ilə 31 avqust səhər saat 6.00-dan Suriya ordusu İdlib atəşkəs zonasında birtərəfli atəşkəs elan edib, bu barədə bütün münaqişə tərəfləri məlumatlandırılıb. Atəşkəsin mülki şəxslərin humanitar dəhlizə İdlibi tərk etməsinə imkan yaradacağı ehtimal edilir. Eyni zamanda sutka ərzində Rusiya və Suriya döyüş təyyarələri İdlib üzərində uçuşları dayandırıb: "Ancaq 31 avqust saat 15.00-da ABŞ-ın yaşayış məntəqələrinə zərbə endirməsi nəticəsində çoxsaylı tələfat və dağıntılar olub. ABŞ tərəfi Əl-Qaidə terror təşkilatının idarəetmə məntəqəsinin məhv edildiyini bəyan edib. Vaşinqton bu addımı ilə İdlibdə atəşkəsin qorunmasını təhlükə altında qoyub, atəşkəsi pozub".
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14