
“AzInTelecom”un təşkilatçılığı ilə keçirilən müsabiqənin qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC təşkilatçılığı ilə keçirilən “Azcloud Hackathon 2019” müsabiqəsi başa çatıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yarış bir neçə mərhələdən ibarət idi və komandalar müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması və platformasının (CRM) yaradılması üzərində çalışıblar. İlk öncə texniki tapşırıqlarını alan komandalar 30 avqust saat 10:00-dan 18:00-dək öz məhsullarını təqdimat şəklində münsiflər heyətinə təqdim ediblər.
9 nəfər üzvü olan münsiflər heyətinə R.İ.S.K. şirkətinin icraçı direktoru Rüfət Quliyev, “TrendMicro” şirkətinin MDB ölkələri, Gürcüstan və Monqolustan üzrə regional direktoru German Pozankov, “Azercell Telekom” MMC-nin baş eksperti Asif İbrahimov, “Bestcomp” şirkətinin sistem arxitektoru Hafiz Mustafa, HPE Azərbaycan şirkətinin texniki məsləhətçisi Orxan Mirsadiqov, “AzInTelecom” MMC-nin Kommersiya
departamentinin rəhbəri Ruslan Əliyev, Proqram təminatının inkişafı şöbəsinin müdiri Əşrəf Şahverdiyev və Proqram təminatının inkişafı şöbəsinin mütəxəssisi Eldar Vəlibəyov daxildir.
Qeyd edək ki, müsabiqəyə 20 komanda və 80-dən çox iştirakçı qeydiyyatdan keçərək qatılıb. Bu komandalar “JetNails”, “Avanti”, “Espresso Team”, “Coffee Jar”, “Sooners”, “Simplify”, “24/7”, “Just Amateurs”, “Binary Beats”, “CodeRun”, “Bottom text”, “Salam”, “Heaps don’t lie”, “45 minutes”, “Code fathers”, “Good Fellas”, “Guardians”, “The Unknowns”, “Adroit”, “Novum Juniors” komandalar idi.
Axşam saatlarında təşkil olunan qala gecəsində münsiflər heyəti tərəfindən “Azcloud Hackathon 2019” müsabiqəsinin qalibi “Coffee Jar” komandası elan edildi.
Qeyd edək ki, sözügedən müsabiqənin sponsorları qismində “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətləri çıxış ediblər.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00