Hərbi orkestrimiz beynəlxalq festivalın finalına yüksəldi
31 avqust 2019 14:24 (UTC +04:00)

Hərbi orkestrimiz beynəlxalq festivalın finalına yüksəldi

Moskvada keçirilən "Spasskaya qülləsi" beynəlxalq hərbi musiqi festivalında iştirak edən Azərbaycanın hərbi orkestri finala yüksəlib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, avqustun 23-də "Qızıl Meydan"da start götürən "Spasskaya qülləsi" festivalı artıq başa çatmaq üzrədir.
 
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Orkestrinin təmsil olunduğu bu festivalda Azərbaycandan başqa daha 11 ölkənin 30 hərbi orkestri iştirak edir.
 
Festivalın rəsmi internet səhifəsində keçirilən səsvermədə Azərbaycanın hərbi orkestri ilk üçlükdə təmsil olunur. Misir və Qazaxıstan hərbi orkestrindən geridə qalan Azərbaycan hərbi orkestri səsvermədə hazırda üçüncü pillədə qərarlaşıb. Səsvermənin başa çatmasına artıq iki gün qalıb. Sentyabrın 1-də tamaşaçı simpatiyasına görə mükafatın sahibi elan olunacaq. Azərbaycan hərbi orkestrini festivalın mükafatçısı görmək istəyənlərdən https://award.spasstower.ru/#foreign linkinə daxil olaraq Azərbaycana səs vermələri xahiş olunur.
 
Qeyd edək ki, artıq 12-ci dəfə təşkil olunan "Spasskaya qülləsi" beynəlxalq hərbi musiqi festivalında Azərbaycan ilk dəfə iştirak edir. Orkestrin rəhbəri mayor Fariz Məmmədzadədir. Ümumilikdə, bu festivalda Azərbaycanı 80 nəfərlik heyət təmsil edir. Sentyabrın 1-də festivalın rəsmi bağlanış mərasimi keçiriləcək. 
# 610
avatar

Oxşar yazılar