Sentyabrın ilk gününün hava PROQNOZU
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Sentyabr ayının ilk gününə olan hava proqnozu açıqlanıb.
	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
	Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti təşkil edəcək.
	Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 55-65% olacaq.
	Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
	Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.
	Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
	14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0