766
18:38
30 Avqust 2019

Türkiyənin məşhur cütlüyü boşanır

Türkiyəli məşhur cütlük müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlının boşanacaqları iddiası gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, evliliklərində bir müddətdir problemlər yaşayan Burcu Kıratlı sosial media hesabında yazdığı "Akçıl" soyadını silərək, həyat yoldaşını izləmədən çıxardıb. Bundan başqa, onunla olan bütün fotolarını da silib.
Bunun ardınca Sinan Akçıl da onu izləməkdən çıxarıb.