
10 yaşlı "Modern.az" - Elşad Eyvazlı: "Bəzi detalları hələ açıqlamırıq"
Bu gün “Modern.az” saytının 10 illik yubileyidir və əminliklə demək olar ki, illər ərzində "Modern"çilər oxucuların rəğbətini və inamını qazanmağı bacarıblar.
Lent.az yubileylə bağlı saytın rəhbəri Elşad Eyvazlı ilə qısa söhbət edib:
- Elşad müəllim, ötən il “Modern.az”ın 9 yaşı ilə bağlı 9-la 10 arasında dünyalar qədər fərqin olmasını, eləcə də 9-a boylanıb baxanda əziyyətin zirvə nöqtəsini gördüyünüzü ifadə etmisiniz. Maraqlıdır, fikrinizcə 10 ilin ən məhsuldar, zirvə nöqtələri hansı illərdə olub? Rəhbər olaraq fəaliyyətinizdən razısınızmı?
- Öz işimizdən razı, narazı olmaq sualını cavablasam, ya etik olmaz, ya da ki, subyektiv fikir ola bilər. Bunu ən yaxşı oxucular və jurnalistlər deyə bilər. Yalnız onu deyim ki, bu illər ərzində biz öz işimizlə hər kəsin qarşısında alnıaçıq, üzüağ olmuşuq.
“Modern.az”ın zirvə nöqtələri isə fikrimcə 2011-2014-cü illər arasında olub. Onda daha yaxşı işləyirdik.
- Hazırda kollektivinizin əksəriyyətini gənclər təşkil edir. Onlarla işləməyin çətinlikləri və ya üstünlükləri varmı?
- Saytımız yarandığı gündən bu günə qədər daha çox gənclərlə işləməyə üstünlük verib. Bu gün Əfqan Qafarlıdan başqa əksəriyyət gəncdir və hamının da ilk iş yeri "Modern.az" olub. Bunun səbəbi isə gənclərin daha çox inkişafa meyilli olmaqlarıdır. Onlar bizlə müqayisədə (təbii ki, özümü yaşlı nəsil hesab edirəm) daha çox kreativdirlər, yeni yanaşmaları var. Gənclər həmçinin sosial medianı, texnikanı daha yaxşı bilirlər, bu mənada onlarla işləmək çətin yox, zövqvericidir.
Bunu da deyim ki, təcrübə olaraq gələn gəncləri də mümkün qədər işə cəlb edirik, qonorar veririk ki, işləsinlər. Bu bizim onlara dəstəyimizdir, çünki onlar bir yerdən başlamalıdırlar. Bizə gələn gənclər cümlə yazmağın fikrini etmirlər, hətta deyim ki, biz yaşda jurnalistlərdən daha yaxşı işləyirlər. Bir sözlə mən onları çox istəyirəm.
- 10 yaş daha məsuliyyətli rəqəmdir. Və artıq təklikdən çıxıb, onluqlara doğru irəliləyirsiniz. Necə düşünürsünüz, saytınız gündəmlə ayaqlaşa bilirmi?
- Zaman o qədər sürətlə keçir ki... Zamanın sürətlə keçməsinin səbəbi də hər saniyə olan dəyişikliklərlə bağlıdır. Biz bu dəyişiklərlə uyğunlaşmasaq, bir də baxacağıq ki, ya yoxuq, ya da unudulmuşuq. Ona görə də ayaqlaşmaq bizim borcumuzdur.
- Gələcəklə bağlı dəyişikliklər, yeniliklər olacaqmı?
- Hazırda “Modern.az”ın üzərində işləmək müəyyən qədər çətinlik yaradır. Çünki elə şeylər var ki, onların hamısı bir sayta sığa bilmir. Buna görə də biz “Azedu.az” təhsil saytını yaratmışıq. Bundan başqa yaxın zamanlarda bizim Azərbaycanda həm forma, həm də məzmunca ilk saytımız olacaq ki, hazırda onun üzərində iş gedir. Bunun detallarını isə hələ açıqlamırıq. Hər kəs ilk olacaq saytı fəaliyyətə başladığında görə biləcək.
“Lent.az” saytının kollektivi “Modern.az” xəbər portalında çalışan həmkarlarını təbrik edir, onlara yeni uğurlar arzulayır.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46