
Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatdı
0
0
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlərin qeydiyyatı saat 17:00-də bitib.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.
Qeyd edək ki, tam (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 23-29-da əhatə edib.
0
0