Meksikalı pianoçu Azərbaycanda
29 avqust 2019 09:44 (UTC +04:00)

Meksikalı pianoçu Azərbaycanda

 

 

Meksikalı pianoçu Xesus Lepe Azərbaycanda silsilə konsertlər verəcək. 

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, onun ilk konserti sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 

O, sentyabrın 6-da Qəbələdə, sentyabrın 11-də isə Sumqayıtda konsert verəcək. 

Xesus Lepe Bax, Bethoven və Şopen kimi bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi mühüm meksikalı bəstəkarların bəzi əsərlərini ifa edəcək. 

Qeyd edək ki, o, Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar