Azərbaycan yığması Hollandiyaya uduzdu - FOTOLENT
25 avqust 2019 19:32 (UTC +04:00)

Azərbaycan yığması Hollandiyaya uduzdu - FOTOLENT

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ikinci görüşünə çıxıb.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri Hollandiya voleybolçuları ilə mübarizə aparıblar. Matç rəqibin darmadağını ilə yekunlaşıb. 

 

İlk setdə asan qələbə qazanan hollandiyalılar ardınca ciddi müqavimətlə üzləşsələr də, komandamıza set verməyiblər və 3:0 hesabı ilə qalib gəliblər. 

Beləliklə, ikinci turdan sonra Hollandiya liderliyə yüksəlib. İlk oyunda Xorvatiyaya qalib gələn Azərbaycan isə 5-ci pillədədir. 

Qeyd edək ki, millimiz sabah Macarıstanla üz-üzə gələcək. 

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

2

2

0

6-0

150-109

6

2

Xorvatiya

2

1

1

5-4

203-185

4

3

Macarıstan

2

1

1

4-3

169-144

3

4

Rumıniya

2

1

1

3-4

145-169

3

5

Azərbaycan

2

1

1

3-5

171-177

2

6

Estoniya

2

0

2

1-6

122-176

0

Avropa çempionatı
C qrupu
25 avqust
17:00. Azərbaycan – Hollandiya - 0:3 (15:25, 23:25, 23:25)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Sinişa Ovuka (Bosniya və Herseqovina)
Budapeşt. Lasso Pappa adına İdman Arenası

# 709
avatar

Oxşar yazılar