
Mehriban Əliyevanın təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTOLENT
Bu gün Şəki rayonun Çələbixan qəsəbəsində şəhid Cahid Verdiyevin ailəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yeni tikilən üç otaqlı mənzilin açarları təqdim olunub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş mərasimdə müvafiq qurumların nümayəndələri, şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri iştirak edib.
Əslən Laçın rayonundan olan şəhid Cahid Verdiyevin ailəsi Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşıb.
Tədbirdə vurğulanıb ki, indiyə kimi ölkə rəhbərliyinin səyi nəticəsində qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınıb və 300 min məcburi köçkün mənzillə təmin olunub. Bu il isə 6 min köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur.
Öz növbəsində hazırda Şəkidə Laçın, Ağdam və Şuşadan məcburi köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır. Bu gün isə şəhid Cahid Verdiyevin ata və anası onların sırasına daxil olur.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12