
Qəbələdə meşə yanır, əraziyə FHN-in 2 helikopteri və amfibiya təyyarəsi cəlb edilib - YENİLƏNİB 1 - VİDEO

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
17:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
16:55
Qəbələdə meşə yanır.
APA-nın məlumatına görə, yanğın rayonun Solquca kəndində meşə massivində meydana gəlib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir təyyarəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51