Bərdədə bədbəxt <span style="color:red;">HADİSƏ:  Balıq tutmağa gedib qayıtmadı
23 avqust 2019 16:26 (UTC +04:00)

Bərdədə bədbəxt HADİSƏ: Balıq tutmağa gedib qayıtmadı

Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.
 
APA-nın məlumatına görə, hadisə avqustun 22-də axşam saatlarında Bərdə rayonu, Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb. Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.
 
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
# 887
avatar

Oxşar yazılar