Bu ölkədə evsizlərin sayı 10 ildə bu qədər artıb
23 avqust 2019 16:13 (UTC +04:00)

Bu ölkədə evsizlərin sayı 10 ildə bu qədər artıb

Hollandiyanın Statistika İdarəsnin hesablamalarına görə, ölkədə 18-65 yaş arası evsizlərin sayı 2009-cu ildə 17800 olduğu halda, 2018-ci ildə 39300-ə qədər yüksəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar evsizlərin 57 faizinin qaçqın mənşəli olduğunu, qərbli olmayan qaçqın mənşəli evsizlərin sayının isə təxminən üç qat artaraq 6500-dən 18300-ə çatdığını ortaya qoyub.

Evsizlərin 16 faizi qadınlardır. 18 ilə 30 yaş qrupunda olan evsizlərin sayının isə üç qat artaraq 4 mindən 12600-ə yüksəldiyi qeyd olunub. 

Evi olmayanların 37 faizinin Amsterdam, Rotterdam, Lahey kimi şəhərlərdə yaşadığı açıqlanıb.

Ölkədə qaçaq yaşayan evsizlərin araşdırmaya daxil edilmədiyi də vurğulanıb.

 

 

 

 

 

# 578
avatar

Aygün İbrahimli

Oxşar yazılar