Yeddi nəfər borca görə saxlanıldı
23 avqust 2019 12:04 (UTC +04:00)

Yeddi nəfər borca görə saxlanıldı

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilən 32 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib
 
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar