
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi sabah başa çatacaq
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 19-da start verilən müsahibə mərhələsi avqustun 23-dək davam edəcək. Avqustun 19, 20 və 21-də müsahibə mərhələsində 1976 namizəd iştirak edib. Ümumilikdə müsahibə mərhələsində vakant yer tutmuş 3728 nəfərin iştirakı nəzərdə tutulub.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.
Oxşar yazılar

Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31
İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31
Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
4 iyul 2025 , 13:15
Bakıya yağış yağacaq - Sabahın havası
4 iyul 2025 , 13:02