
Əncir ağacından yıxılan kişi öldü
0
0
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini, 36 yaşlı Elşad Arzuman oğlu Atayev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E. Atayev avqustun 15-i yaşadığı ünvanda əncir ağacından yıxılıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
0
0