Xaçmazda qadın piyadanı maşın vurub öldürdü
21 avqust 2019 09:37 (UTC +04:00)

Xaçmazda qadın piyadanı maşın vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsində hərəkətdə olan, Köhnə Xaçmaz kənd sakini 49 yaşlı Mahmud Pənahovun idarə etdiyi 10-LX-354 dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomobil 60-65 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. 
 
Faktla bağlı araşdırma aparılır.
# 452
avatar

Oxşar yazılar