
Üzüm mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Азери” adı ilə məşhur olan səhifəyə istinadla üzüm mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
200 ml su, 600 q şəkər tozu, 2 ədəd hil və ya vanilin (1/2 çay qaşığı), 1 kq üzüm (kişmiş üzüm - tumsuz)
Hazırlanma qaydası:
Üzümləriin gilələrini təmiz yuyuruq və bir dəqiqə qaynar suda pörtürük. Sonra qaynar sudan çıxarıb bir dəqiqə soyuq suda saxlayırıq və süzürük. Daha sonra ləyənə şəkər tozunu və üzərinə üzümü qaynatdığımız sudan əlavə edib şirə hazırlayırıq. Qaynayan şərbətə üzümləri tökürük, 5 dəqiqə qaynadırıq və kənarda 7-8 saat saxlayıb yenidən ocağa qoyuruq. İkinci dəfə də yenidən beş dəqiqə qaynadırıq və kənara qoyub tam soyuduruq. Üçüncü mərhələdə 10 dəqiqə qaynadıb mürəbbəni ocaqdan götürürük. Sonra 3-4 ədəd hil əlavə edib sterilizə olunmuş bankalara yığıb sərin yerdə saxlayırıq.
Nuş olsun!
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46