
Rus polkovnikin başçılıq etdiyi dəstə Türkiyədə 2 milyonluq yaxta qaçırdı
Rusiyanın Dəniz Donanmasının istefada olan polkovnikinin rəhbərlik etdiyi bir qrup rusiyalı Türkiyənin Marmaris şəhərində 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar.
APA-nın “Deniz Gazete”yə istinadən verdiyi xəbərə görə, yaxtanı qaçıranlardan biri Moskvada saxlanılıb.
Məlumata görə, iyulun 13-də Rusiya vətəndaşları bir həftə müddətində yaxtanı icarəyə götürüblər. Çarter şirkəti isə yaxtanın limana qayıtmadığını bildirib. Sonradan isə yaxta iyulun 16-da Türkiyənin ərazi sularını tərk edib.
Yaxtanı icarəyə verən şirkət "İnterpol"a müraciət etdikdən sonra yaxtanın 8 nəfər tərəfindən qaçırıldığı məlum olub.
Bildirilib ki, Rusiyanın Dəniz Donanmasının istefada olan polkovniki Oleq Popilovun rəhbərlik etdiyi dəstə son 4 ildir Aralıq dənizində "fəaliyyət" göstərir. Ötən il onlar 49 yaxta, bu il isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Ümumilikdə Türkiyədən 16 yaxta oğurlanıb. Moskvada bandanın bir üzvü Anatoliy Şutov həbs edilib. Digərləri isə beynəlxalq axtarışa verilib.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43