Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - <span style="color:red;">QƏRAR
20 avqust 2019 10:33 (UTC +04:00)

Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib.

Qeyd olunub ki, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 93 faiz icra edilib. 

Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11403 şəhidin 16949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.  

 

 

 

# 709
avatar

Aygün İbrahimli

Oxşar yazılar