Üç rayonda qaz olmayacaq - <span style="color:red;">SƏBƏB
20 avqust 2019 09:44 (UTC +04:00)

Üç rayonda qaz olmayacaq - SƏBƏB

Bu gün saat 09:00-dan Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 
 
Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu müddətdə texniki baxış zamanı aşkarlanan qaz sızmalarının ləğvi işləri aparılacaq. 
 
Saat 10.00-dan Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yeni çəkilən qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq. 
 
Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə ehtiyac yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar