271
08:04
19 Avqust 2019

Türkiyədə meşə yanğınlarına əlavə qüvvələr cəlb olunub

Türkiyənin İzmir və Muğla şəhərlərində meşə yanğınları tüğyan edir. Hazırda İzmirin 4 bölgəsində meşə yanğınları ilə mübarizə aparılır.

APA "Anadolu"ya istinadən xəbər verir ki, hökumət ölkədə davam edən meşə yanğınlarını söndürmək üçün səfərbər etdiyi qüvvələri artırıb.

Yağışlı hava yanğınsöndürənlərə kömək etsə də, bəzi yerlərdə güclü külək alovun yayılmasına səbəb olur. Məlumata görə, hazırda Muğla və İzmirdə meşə yanğınları davam edir. Bir neçə nöqtədə davam edən yanğınların söndürülməsinə 23 helikopter, 250 yanğınsöndürən maşın və min nəfərlik heyət cəlb olunub. Təhlükəsizlik məqsədilə İzmirin Yuxarı Orxanlı kəndinin əhalisi təxliyyə edilib.