Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
18 avqust 2019 22:56 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Hənifə Ələsgərov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman yol nişanın tələbini pozaraq "Nissan markalı" avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Avtoqəza ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 582
avatar

Oxşar yazılar