
Şəkidə faciə - İki maşının arasında qalıb öldü
Qax rayon sakini Şəkidə faciəvi şəkildə ölüb.
APA-nın şimal-qərb bürosunun görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun yenidən qurulan hissəsində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.
Qax rayon sakininin idarə etdiyi "Mersedes" markalı mikroavtobusda nasazlıq yaranıb. Mikroavtobusu "Kamaz" markalı yük avtomobilinə qoşaraq ərazidən aparmaq istəyən zaman mikroavtobusun sərnişini, Qax rayon sakini Zaur Rafayıl oğlu İbrahimov iki avtomobilin arasında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Z. İbrahimovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41