Bakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakıda mağazalardan oğurlub edilib.
	Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki 1 ofisdən və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov saxlanılıb.
	Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha 2 mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.
	Fakta bağlı araşdırma aparılır.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0