Zəvvarlarımız sabahdan Məkkədən Mədinəyə dönəcək
16 avqust 2019 14:16 (UTC +04:00)

Zəvvarlarımız sabahdan Məkkədən Mədinəyə dönəcək

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan zəvvarlarımız hazırda müstəqil şəkildə Kəbədə ibadətlərini davam etdirirlər.  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndəsi Lent.az-a bildirib ki, bu gün zəvvarlar Məkkədə cümə namazını qılıb: “Ayın 18-dən ilk zəvvar qrupumuz Məkkədən Mədinə şəhərinə hərəkət edəcək. Mədinəyə gəliş ayın 22-dək davam edəcək”.

QMİ nümayəndəsi bildirib ki, avqustun 21-22, 24-25 tarixlərində zəvvarlar Vətənə qayıdacaq:

“Zəvvarları gətirən ilk təyyarəmiz  avqustun 21-i səhər saat 10:00-da uçacaq. Saat 14:20 də Bakıda olması nəzərdə tutulub. Son təyyarə isə avqustun 25-də uçacaq.  Gecə saat 09:00-da Bakıya çatacaq”.

QMİ rəsmisi zəvvarlarımızın səhhətinin normal olduğunu da əlavə edib.

# 569
avatar

Aygün İbrahimli

Oxşar yazılar