Bu rayonun nar bağlarında zərərvericilər aşkarlandı
15 avqust 2019 17:50 (UTC +04:00)

Bu rayonun nar bağlarında zərərvericilər aşkarlandı

Lənkəran və Beyləqanda fitosanitar müşahidələr aparılıb, maarifləndirmə tədbirləri həyata keçirilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəxəssisləri Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.

AQTA-dan Lent.az-a bildirilib ki, sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir. 
Görüş çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyyələr verilib.

Agentliyin əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beyləqan rayonunda 187 hektar nar bağında aparılıb. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə ve yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib.

# 540
avatar

Aygün İbrahimli

Oxşar yazılar