Avtomobil oğrusu DYP postunda saxlanıldı
14 avqust 2019 15:48 (UTC +04:00)

Avtomobil oğrusu DYP postunda saxlanıldı

Beyləqanda avtomobil qaçıran şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 13-də saat 11 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
 
Həmin gün saat 12 radələrində DİN BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən Ucar rayon sakini  V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar