Boş qalan plan yerlərinin neçəsi pulsuzdur? - <span style="color:red;">SAYI
14 avqust 2019 15:09 (UTC +04:00)

Boş qalan plan yerlərinin neçəsi pulsuzdur? - SAYI

Ali məktəblərə qəbul prosesində boş qalan 5785 plan yerinin 2369-u pulsuzdur. 


Lent.az  xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

Bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli olduğunu açıqlayan ekspert,  42062 nəfərin (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunduğunu deyib: “17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820 sinə qəbul həyata keçirilib və II tur üçün 2369 pulsuz, dövlət sifarişli plan yerləri boş qalıb”. 


Qeyd edək ki, avqustun 15-dən 19-dək boş qalan plan yerlərinə seçim aparılacaq.

 

 

 

# 698
avatar

Aygün İbrahimli

Oxşar yazılar