Sahibsiz it qız uşağını xəstəxanalıq etdi
14 avqust 2019 14:11 (UTC +04:00)

Sahibsiz it qız uşağını xəstəxanalıq etdi

0
 
 
Sumqayıtda azyaşlı qızı sahibsiz it dişləyib.
 
APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 2012-ci il təvəllüdlü Əhmədova Aydan Fuad qızı it dişləməsi xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
 
Bildirilib ki, A.Əhmədova  yaşadığı evin yaxınlığında oynayarkən sahibsiz it ona hücum edib. Azyaşlıya tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 972

Oxşar yazılar