
Bu nazirliyin baş idarələ rəisləri məlum oldu
Prezident İlham Əliyevin 24 iyul tarixli sərəncamları ilə Vergilər Nazirliyinin departamentləri əsasında yaradılmış baş idarələrin rəisləri məlum olub.
APA-nın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mövcud departamentlər əsasında yaradılmış Vergilər Nazirliyinin strukturuna daxil olan baş idarələrin rəhbərləri dəyişməyib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmuş Xəqani İsgəndərov bu departamentin əsasında yaradılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi rəisi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olmuş Elçin Yusubov bu departament əsasında təşkil olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru olmuş Azər Məmmədov bu departament əsasında təşkil olunmuş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təsdiq ediliblər.
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş vergilər nazirinin müşaviri Orxan Nəzərli Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini də müvəqqəti icra edəcək. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş baş direktorun birinci müavini Səbuhi Hüseynov Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin rəis müavini vəzifəsinə təsdiqlənib və İdarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Yeni yaradılmış Vergilər Nazirliyi yanında Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin adı isə nazirliyin saytında baş idarələr siyahısında yer alsa da, hələ ki, rəisi və idarə ilə əlaqə nömrələri əksini tapmayıb.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30