Qırğızıstan DİN iğtişaş təşkilatçılarının axtarışına başlayıb
09 avqust 2019 07:11 (UTC +04:00)

Qırğızıstan DİN iğtişaş təşkilatçılarının axtarışına başlayıb

 

Qırğızıstan DİN Bişkekdə və onun cənub rayonlarında törədilmiş iğtişaşlarların təşkilatçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlərə başlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Kərimə Amanqulova məlumat yayıb.

“İğtişaş təşkilatçılarının müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər aparılır. Milis əməkdaşları normal rejimdə ictimai asayişi və paytaxt sakinlərinin, eləcə də qonaqların təhlükəsizliyini qoruyur”, - Amanqulova belə deyib.

# 588
avatar

Oxşar yazılar