Bu qədər abituriyent ali məktəbə daxil olmaqdan imtina etdi
08 avqust 2019 11:07 (UTC +04:00)

Bu qədər abituriyent ali məktəbə daxil olmaqdan imtina etdi

Builki ixtisas seçimi prosesində 170-dən çox abituriyent ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, ərizəsini təsdiq etməyib. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, əgər abituriyentlər ərizələrini təsdiq etmirlərsə, deməli onlar müsabiqəyə qatılmaq istəmirlər. Həmin abituriyentlərin hansı səbəbdən ərizələrini təsdiq etdirməməsi isə məlum deyil.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayıb və avqustun 6-da başa çatıb.

Ümumilikdə 58 289 nəfər bu imkandan istifadə edib.

I ixtisas qrupu üzrə 15 223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17 031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15 101 abituriyent müsabiqə şərtini ödəyib).

II ixtisas qrupu üzrə 14 181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14 044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10 166 abituriyent müsabiqə şərtini ödəyib).

III ixtisas qrupu üzrə 11 271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 182 65 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17 465 abituriyent müsabiqə şərtini ödəyib).

IV ixtisas qrupu üzrə 3 710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4 460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4 082 abituriyent müsabiqə şərtini ödəyib).

V ixtisas qrupu üzrə 3 462 plan yeri ayrılıb. 5 278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Eyni zamanda bu il ümumilikdə 46 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

DİM-dən o da bildirilib ki, hazırda ali məktəblərə yerləşdirmə ilə bağlı iş aparılır və nəticələr yaxın iki gün ərzində elan olunacaq.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1720

Oxşar yazılar