Məşhur rejissor Bakıda çəkilən filmdən danışdı: <span style="color:red;">“Sevə-sevə baxırdım”  - <span style="color:red;">FOTOLAR
07 avqust 2019 17:20 (UTC +04:00)

Məşhur rejissor Bakıda çəkilən filmdən danışdı: “Sevə-sevə baxırdım” - FOTOLAR

Dünyaca məşhur amerikalı rejissor Kventin Tarantino ən çox sevdiyi sovet filminin adını çəkib.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Tarantino bildirib ki, uşaqlığında Vladimir Çebotaryov və Gennadi Kazanskinin “Amfibiya-adam” filminə sevə-sevə baxarmış.

“Mən bilmirdim ki, bu rus filmidir. Amma həmişə televizorda göstəriləndə həvəslə baxırdım, çox xoşuma gəlir”.

Xatırladaq ki, “Amfibiya-adam” 1961-ci ildə Aleksandr Belyayevin yazdığı fantastik "Amfibiya adam" romanı əsasında çəkilib. Film SSRİ və ondan kənarda böyük uğur qazanıb. O vaxtkı mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırdı.  Çünki ilk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.

Filmin bir çox epizodları isə Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır.

 

# 1672
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar