Tanınmış müğənni sabah <span style="color:red;">BOŞANACAQ
07 avqust 2019 16:24 (UTC +04:00)

Tanınmış müğənni sabah BOŞANACAQ

Uzun zamandır boşanacaqları danışılan müğənni Sərdar Ortaç ilə irlandiyalı model həyat yoldaşı Kloe Loughnan cəbhəsindən yeni bir xəbər gəlib.
 
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2014-cü ildə nikah masası arxasında əyləşən Sərdar Ortaç – Kloe Loughnan sabah anlaşmalı şəkildə boşanacaq.
 
Məlumata görə, dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn ünlü cütlük avqustun 8-də 5 illik birliklərinə son qoyacaq. 
 
Kanal D-nin “2-ci səhifə” proqramının telefonla əlaqə saxladığı Sərdar Ortaç ayrılıq iddiaları qarşısında səssiz qalıb. Tanınmış müğənni bundan öncə də boşanmaq üçün vəkilinə təlimat vermişdi.
 
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1720

Oxşar yazılar