
Soydaşlarımız bu filmə etiraz olaraq Rusiya nazirinə müraciət etdi - SƏBƏB
Rusiyada fəaliyyət göstərən Moskvanın Azərbaycan İcması erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından göndərilən müraciətdə fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmin çəkilişləri ilə bağlı planları qəti şəkildə pislənilib.
"Filmin prodüseri, “Veqa film" kompaniyasının baş direktoru Yekaterina Mixaylovanın diqqətinə çatdırırıq ki, onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - müraciətdə qeyd olunub.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46